Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə 89% işlər tamamlanıb

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə 89% işlər tamamlanıb Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır
Energetika
10 May , 2017 12:44
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə 89% işlər tamamlanıb

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca davam edib. Ümumilikdə, tikinti və istismar sınaqları daxil olmaqla, bu işlərin 89%-i artıq tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkəti məlumat yayıb: “Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib. Təqribən 320 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb”.

Qeyd olunub ki, Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib. Burada 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb. Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır.

Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. İlk kompressor stansiyasında işlər təqribən 96%, ikincidə isə 70% tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 95% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi