Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri ilk rübdə 10 dəfə azalıb

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri ilk rübdə 10 dəfə azalıb Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə 9 mln. ABŞ dolları əməliyyat xərcləri sərf edilib.
Energetika
13 May , 2019 17:45
Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri ilk rübdə 10 dəfə azalıb

Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə 9 mln. ABŞ dolları əməliyyat xərcləri sərf edilib.

“Report” “BP-Azerbaijan” şirkətinin rüblük hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin birinci rübü ilə müqayisədə 1 mln. dollar və ya 12,5% çoxdur.

Ötən rüb ərzində boru kəmərinin əsaslı xərcləri 17 mln. dollar təşkil edib ki, bu da 2018-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 148 mln. və ya 9,7 dəfə azdır.

Bu ilin birinci rübü ərzində CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 30 mln. kubmetrdən çox olub ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 6,9 miln. Kubmetr və ya 29,9% çoxdur.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi