Yuxarı
    Bağlamaq

    Cənubi Qafqaz Boru Kəmərinə ​I rübdə 242 mln. dollar xərclənib

    Kəmərin gündəlik orta ötürücülüyü 3% artıb

    Bakı. 24 may. REPORT.AZ/ Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətə təqribən 6 mln. dollar əməliyyat xərcləri və 236 mln. dollar əsaslı xərclər sərf edilib. Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.

    Hesabat dövründə boru kəməri ilə bağlı fəaliyyətə çəkilən xərclər ötən ilin müvafiq dövründən 5,8% az olub.

    Birinci rüb ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 21,6 mln. kubmetr qaz olub ki, bu da ötən ilin I rübündən 2,9% çoxdur.

    Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

    CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

    "CQBK" şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil"(10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi