Cənubi Qafqaz Boru Kəməri ilə qaz nəqli 8% artıb

Cənubi Qafqaz Boru Kəməri ilə qaz nəqli 8% artıb Bu ilin ilk 10 ayında kəmərlə 5,8 mlrd. kubmetr mavi yanacaq ötürülüb
Energetika
17 Noyabr , 2016 11:45
Cənubi Qafqaz Boru Kəməri ilə qaz nəqli 8% artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində magistral qaz kəmərləri ilə 16 744,5 mln. kubmetr qaz nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% azalma müşahidə olunub. Qaz nəqlinin 34,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 5 780,0 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi