Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 27% artıb

Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 27% artıb Bu ilin yanvar-mart ayları ərzində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 2 605,4 mln. kubmetr qaz ötürülüb.
Energetika
18 Aprel , 2019 13:57
Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 27% artıb

Bu ilin yanvar-mart ayları ərzində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 2 605,4 mln. kubmetr qaz ötürülüb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə isə hesabat dövründə magistral qaz kəmərləri ilə 7 783,5 mln. kubmetr qaz nəql edilib.

Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,8% artım müşahidə olunub.

Qazın nəqlinin 33,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu ilin üç ayında bu kəmərlə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 27,3 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

Son xəbərlər

Orphus sistemi