Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunan qazın həcmi açıqlanıb

Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunan qazın həcmi açıqlanıb Bu kəmərlə gündəlik Gürcüstana 1,6 mln. kubmetr, Türkiyəyə isə 16,8 mln. kubmetr qaz nəql edilir
Energetika
29 Avqust , 2016 13:14
Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunan qazın həcmi açıqlanıb

Bakı. 29 avqust. REPORT.AZ/ İndiyədək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,5 mlrd. kubmetr, Türkiyəyə isə 41 mlrd. kubmetr qaz verilib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda "Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar" mövzusunda keçirilən I Avrasiya konfransında məlumat verib. 

Onun sözlərinə görə, hazırda bu kəmərlə hər gün orta hesabla Gürcüstana 1,6 mln. kubmetr, Türkiyəyə isə 16,8 mln. kubmetr qaz nəql edilir.

Son xəbərlər

Orphus sistemi