Cənubi Koreya İrandan neft idxalını 47% azaldıb

Cənubi Koreya İrandan neft idxalını 47% azaldıb Bakı. 27 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Cənubi Koreya İrandan xam neft idxalını illik 47,3% azaldıb.
Energetika
27 Fevral , 2018 17:44
Cənubi Koreya İrandan neft idxalını 47% azaldıb

Bakı. 27 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Cənubi Koreya İrandan xam neft idxalını illik 47,3% azaldıb.

“Report” xəbər verir ki, bu barədə Koreya Milli Neft Şirkəti (KNOC) məlumat yayıb. 

Məlumatda o da bildirilib ki, Cənubi Koreya, ümumilikdə, xam neft idxalını 6,6% artırıb. Şərqi Asiya ölkəsi ötən ay xaricdən 99,8 mln. barel neft alıb.

İrandan Cənubi Koreyaya neft ixracının azalması yanvarın əvvəlində Çin sahillərində Honkonqun “CF Crystal” quru yük gəmisi ilə İrana məxsus "Sanchi" neft tankerinin toqquşması ilə əlaqələndirilir. Həmin toqquşma nəticəsində tankerin 32 ekipaj üzvünün hamısı həlak olub. Tankerdə 136 min ton kondensat olub və yük Cənubi Koreyaya nəql edilirdi.

Son xəbərlər

Orphus sistemi