Cənubi Amerika ölkələri nefti istehsal xərcindən aşağı qiymətə satmağa başlayıb

Cənubi Amerika ölkələri nefti istehsal xərcindən aşağı qiymətə satmağa başlayıb Dünyada neftin qiymətinin aşağı düşməsi Venesuela, Kolumbiya və Ekvadorun öz neftini istehsal xərcindən aşağı qiymətə satmağa məcbur edib
Energetika
22 Yanvar , 2016 10:49
Cənubi Amerika ölkələri nefti istehsal xərcindən aşağı qiymətə satmağa başlayıb

Bakı. 22 Yanvar. REPORT.AZ/ Dünyada neftin qiymətinin aşağı düşməsi Venesuela, Kolumbiya və Ekvadorun öz neftini istehsal xərcindən aşağı qiymətə satmağa məcbur edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Venesuelanın DCO markalı nefti bir bareli 15 dollar olaraq satılır. Kolumbiyanın "Vasconia" brendinin bir bareli isə 21 dollardan az edir.

Venesuela dövlət neft şirkətinin (PDVSA) son məlumatlarına görə, bu ölkədə bir barel neftin istehsal xərci 18 dollar təşkil edir. Kolumbiyada bu göstərici 2015-ci ilin üçüncü rübündə 20-22 dollar arasında tərəddüd edib.

Daha əvvəl isə Ekvador prezidenti Rafael Korrea bildirmişdi ki, ölkəsi nefti istehsal xərcindən daha aşağı qiymətə satmağa borcludur.

Qeyd edək ki, Venesuela ən böyük neft ixracatçıları arasında ilk "onluğa" daxildir və bazarın təxminən 3,7%-ni əhatə edir. Bu göstərici Kolumbiyada 1,8%, Ekvadorda isə 1%-dən azdır.

Son xəbərlər

Orphus sistemi