Bakı. 15 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsilə bağlı mövqeyi dəyişməzdir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa-Azərbaycan Cəmiyyətinin təşkil etdiyi konfransda Avropa İttifaqının xarici fəaliyyətlər üzrə nümayəndəsi Dirk Şubel bildirib.
Azərbaycan və Avropa İttifaqı rəsmilərinin layihənin həyata keçirilməsi istiqamətində birlik nümayiş etdirdiyi tədbirdə digər Avropa İttifaqı rəsmisi Luk Pyer Devin qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün strateji partnyordur: "Bu ölkə həm də coğrafi mövqeyinə görə böyük rola malikdir"