Yuxarı
    Bağlamaq

    Cənub Qaz Dəhlizi ilə bağlı işlərin 1/3-i yekunlaşıb

    BP-Azerbaijan şirkətinin prezidenti Qordon Birell: Şahdəniz-2 və Cənub Qaz Kəməri layihələrinə təkcə Azərbaycanda 12 500 işçi çəlb edilib

    Bakı. 3 iyun. REPORT.AZ/ Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı nəzərdə tutulan işlərin təxminən 31%-i artıq yekunlaşıb. Bura layihələndirmə, torpaqların alınması və s. işlər daxildir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin prezidenti Qordon Birell deyib. 

    Şirkət rəhbəri qeyd edib ki, "Çıraq" yatağındakı platformada yenidənqurma işlərinə iki ay sonra başlanacaq: "Bilirsiz ki, "Qərbi Azəri" platformasında profilatik işlər aparılır. Bu işlər bitəndən sonra "Çıraq" platformasında da profilaktik işlər aparılacaq. İşlər cari hasilata təsir etsə də, illik hasilata təsiri olmayacaq".

    "Bizə lazım olan quyulardan 8-ni qazmışıq. Həmçinin iki platforma üçün iki dayaq blokları quraşdırılıb. Sualtı borular düzən gəminin modernləşdirilməsi işləri başa çatdırılıb. Bir neçə günə işlərə start veriləcək. Gürcüstanda tikilməli olan iki iri kompressor stansiyasının tikintisinə artıq başlanılıb", - deyə Q.Birell bildirib.

    "Ümumilikdə, "Şahdəniz" layihəsinin ikinci hissəsi və Cənub Qaz Kəməri üçün təkcə Azərbaycanda dəyəri 10 mlrd. dollardan artıq olan müqavilələr imzalanıb. Bununla yanaşı, təkcə Azərbaycanda hər iki layihənin icrasına 12 500 işçi çəlb edilib", - deyə "BP-Azerbaijan"ın prezidenti vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi