Cəlilabadın Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib

Cəlilabadın Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib Bütün abunəçilərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb
Energetika
23 Sentyabr , 2016 12:36
Cəlilabadın Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlərin davamı olaraq, bu gün Cəlilabad rayonunun Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib. 

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, 858 abunəçisi olan Maşlıq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29 321 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abunəçilərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi