Cəlilabadın ən ucqar 7 kəndində elektrik enerji sistemi tamamilə yenidən qurulur - VİDEO

Cəlilabadın ən ucqar 7 kəndində elektrik enerji sistemi tamamilə yenidən qurulur - VİDEO “Azərişıq” ASC tərəfindən “Yeni kəndlər layihəsi” çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavası- ümumilikdə 670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb.
Energetika
129
22 May , 2020 13:47
Cəlilabadın ən ucqar 7 kəndində elektrik enerji sistemi tamamilə yenidən qurulur - VİDEO

“Azərişıq” ASC tərəfindən “Yeni kəndlər layihəsi” çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavası- ümumilikdə 670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

Məlumata görə, rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən Boyxanlı kəndində işlərə artıq start verilib.

İlk dəfə 1963-cü ildə enerji təchizatı ilə təmin olunan kənddə elektrik enerjisi təsərrüfatında sonuncu dəfə 1980-ci ildə cari təmir işləri aparılıb. 40 il sonra “Azərişıq” ASC kənddə elektrik enerji sistemini tamamilə yenidən qurur. Yararsız elektrik naqilləri, dayaqlar, sayğaclar və transfarmator məntəqələri tamamilə yenilənəcək. Mərhələli şəkildə yenilənmə prosesi 7 kənddə icra olunacaq.

Son xəbərlər

Orphus sistemi