​Cəlilabadın daha bir kəndinə qaz verilib

​Cəlilabadın daha bir kəndinə qaz verilib 156 abonent qazla təmin olunub
Energetika
16 İyun , 2016 15:01
​Cəlilabadın daha bir kəndinə qaz verilib

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Cəlilabad rayonun Əliabad kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bununla əlaqədar rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyi təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə bildirilib ki, 156 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 503 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi