​Cəlilabad rayonunun Adnalı kəndinə ilk dəfə təbii qaz verilib

​Cəlilabad rayonunun Adnalı kəndinə ilk dəfə təbii qaz verilib Kəndin qazlaşdırılması üçün 24 573 metr uzunuluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib
Energetika
18 Avqust , 2015 15:50
​Cəlilabad rayonunun Adnalı kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Cəlilabad rayonunun Adnalı kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məlumata görə, 426 abonenti olan Adnalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 24 573 metr uzunuluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 426 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi