Cəlilabadda elektrik enerjisinin verilişi tam bərpa olunub 

Cəlilabadda elektrik enerjisinin verilişi tam bərpa olunub  Güclü qar nəticəsində işıqsız qalan Cəlilabad şəhərinin bir hissəsi və rayonun 90 kəndində elektrik enerjisinin verilişi tam bərpa olunub.
Energetika
27 Yanvar , 2024 20:31
Cəlilabadda elektrik enerjisinin verilişi tam bərpa olunub 

Güclü qar nəticəsində işıqsız qalan Cəlilabad şəhərinin bir hissəsi və rayonun 90 kəndində elektrik enerjisinin verilişi tam bərpa olunub.

"Report"un yerli bürosunun məlumatına görə, yanvarın 23-dən Cəlilabad rayonuna aramsız yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

Belə ki, 70-ə yaxın işıq dirəyi aşıb, minə yaxın yerdən xətt qırılmaları olub, 50 ədəd transformatorda qoruyucular yanıb.

Fəsadların aradan qaldırılması üçün “Azərişıq” ASC-dən və regionlardan işlərin yerinə yetirilməsi üçün 7 ədəd kran, 10 ədəd yolsuzluq maşını, 5 ədəd xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil, 50 nəfərdən ibarət qəza briqadası rayona ezam olunub.

Son xəbərlər

Orphus sistemi