"Caspian Drilling Company Ltd" (CDC) və Norveçin Equinor ("Equinor Azerbaijan Karabagh BV") şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanıb.
"Report" "Caspian Drilling" şirkətinə istinadən xəbər verir ki,müqaviləni CDC-nin Baş direktoru Fərid Axundov və "Equinor"un Regional Meneceri Favad Quraişi imzalayıblar.
Müqavilə şərtlərinə əsasən,"Equinor"un lahiyə əməliyyatçısı olduğu və Azərbaycan Dövlət Neft Şirkəti (
İlk buruq "Dədə Qorqud" yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaq. Qurğunun reaktivasiyası CDC-nin dəniz bazasında və CDC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Reaktivasiyanın yekunlaşması və qazma işlərinə başlanması üçün nəzərdə tutulan tarix 2019-cu ilin III rübüdür.