"​Caspian European Club" Energetika Nazirliyi və SOCAR-la birgə biznes-forum keçirəcək

"​Caspian European Club" Energetika Nazirliyi və SOCAR-la birgə biznes-forum keçirəcək Kluba üzv şirkətlərin sual və təklifləri dinləniləcək
Energetika
8 May , 2015 18:24
​Caspian European Club Energetika Nazirliyi və SOCAR-la birgə biznes-forum keçirəcək

Bakı. 8 may. REPORT.AZ/ "Caspian European Club" mayın 13-də iki biznes-forum təşkil edəcək. “Report”un məlumatına görə, birinci biznes-forum Azərbaycanın energetika naziri Natiq Əliyevin, ikinci isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun sədrliyi ilə keçiriləcək.

“Biznes-forumlar çərivəsində Azərbaycanın energetika sahəsinin və downstream sektorunun inkişaf perspektivləri gözdən keçiriləcək, "Caspian European Club"un üzv şirkətlərinin sual və təklifləri dinləniləcək, dövlət qurumlarının biznes nümayəndələri ilə əməkdaşlığının genişlənməsinin perspektivləri müzakirə ediləcək. Biz "Caspian European Club"un üzv şirkətlərinə göstərilən sabit dəstəyə və onlarla aparılan fəal dialoqa görə Energetika Nazirliyinin və SOCAR-ın rəhbərliyinə minnətdarlığımızı bildiririk”, - "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev bildirib.

Biznes-forum çərçivəsində şirkətlərin onları maraqlandıran suallara cavab almaq, Azərbaycanın yanacaq-enerji kompleksinin inkişafı ilə bağlı problemləri müzakirə etmək və həll yollarını tapmaq, həmçinin bizneslə dövlət arasında fəal dialoq üçün təkliflər irəli sürmək imkanları olacaq.

“Caspian European Club”un üzv şirkətləri ilə yanaşı, tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatlar, xüsusilə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, ATİB, TUSİAB və Azərbaycan Sığortaçılar Assosiasiyası da iştirak edə bilərlər. 14:15-dən 14:45-dək "Caspian European Club"un üzv şirkətlərinin nümayəndələri arasında seçmə şahmat turniri keçiriləcək. Yarışın yarımfinal və final mərhələləri bu il sentyabrın 30-da Astanada "Caspian Energy Forum"un gedişatı zamanı baş tutacaq.

Qeyd edək ki, "Caspian European Club" və partnyor şirkətlərə üzv olmayan, lakin biznes-forumda iştirak etmək istəyən şirkət rəhbərləri mayın 12-dək "Caspian European Club"a müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi