“Caspian Drilling Company” “Delfin” layihəsinə qoşulmaq niyyətindədir

“Caspian Drilling Company” “Delfin” layihəsinə qoşulmaq niyyətindədir “Caspian Drilling Company” Qara dənizin şelf zonasında “Delfin” sahəsində neft-qazın kəşfiyyatı və işlənməsi üçün özəl tərəfdaş axtarışı ilə bağlı Ukrayna hökumətinin elan etdiyi müsabiqəyə müraciət edib.
Energetika
13 İyun , 2019 11:33
“Caspian Drilling Company” “Delfin” layihəsinə qoşulmaq niyyətindədir

“Caspian Drilling Company” Qara dənizin şelf zonasında “Delfin” sahəsində neft-qazın kəşfiyyatı və işlənməsi üçün özəl tərəfdaş axtarışı ilə bağlı Ukrayna hökumətinin elan etdiyi müsabiqəyə müraciət edib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, müraciət edənlər arasında Amerikanın “Frontera Resources”, həmçinin “Trident Black Sea”, “Ukrnefteburenie” şirkətləri də var. Qanuna görə, iyulun 12-dək qalib müəyyənləşməli və komissiya Nazirlər Kabinetinə təklifləri verməlidir. Hökumət iki ay müddətində, yəni sentyabrın 12-dək müqavilə imzalamalıdır.

Qeyd edək ki, “Caspian Drilling Company” 1996-cı ildə yaradılıb. Şirkətdə SOCAR 92% paya sahibdir.

Son xəbərlər

Orphus sistemi