Cari ildə neftə tələbatın artım proqnozu azaldılıb

Cari ildə neftə tələbatın artım proqnozu azaldılıb Beynəlxalq Enerji Agentliyi (İEA – İnternational Energy Agency) 2019-cu ildə neftə gündəlik tələbatın artım proqnozunu 100 min barel azaldaraq 1,2 milyon barel həcmində müəyyənləşdirib.
Energetika
14 İyun , 2019 15:25
Cari ildə neftə tələbatın artım proqnozu azaldılıb

Beynəlxalq Enerji Agentliyi (İEA – İnternational Energy Agency) 2019-cu ildə neftə gündəlik tələbatın artım proqnozunu 100 min barel azaldaraq 1,2 milyon barel həcmində müəyyənləşdirib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, təşkilatın proqnozu ardıcıl iki aydır azaltdığının qeyd edildiyi aylıq hesabatına görə, həmçinin 2020-ci ildə gündəlik hasilatın 1,4 milyon barel artacağı, bunun 880 min barelinin də OECD (Organization for Economic Co-operation and Development) üzvü olmayan ölkələrin payına düşəcəyi, həmin ildə neft təklifinin tələbatı üstələcəyi göstərilir.

Sənədə əsasən, cari ildə qeyri-OPEC ölkələrindən gündəlik neft tədarükü 1,9 milyon barel, 2020-ci ildə isə 2,3 milyon barel artacaq. Nəticədə İEA-nın rəyinə görə, hətta 2019-cu ilə nisbətən daha yüksək tələbat artacağı təqdirdə belə, OPEC ölkələrində gündəlik tələbatın gələn il 29,3 milyon barel azalacağı gözlənilir. Bu da OPEC ölkələrinin may ayındakı gündəlik neft istehsalı həcmindən 650 min barel azdır.

Son xəbərlər

Orphus sistemi