ABŞ-da səhmdarlardan biri etirazçılara görə "Dakota Access” layihəsindən çıxa bilər

ABŞ-da səhmdarlardan biri etirazçılara görə "Dakota Access” layihəsindən çıxa bilər Onlarla şəxs layihədən çıxmaq üçün ağlayıb
Energetika
14 Fevral , 2017 19:09
ABŞ-da səhmdarlardan biri etirazçılara görə Dakota Access” layihəsindən çıxa bilər

Bakı.14 fevral.REPORT.AZ/ Yerli amerikalılardan və ekoloqlardan gələn şikayətlər səbəbindən “CalPERS”in İdarə Heyəti mübahisəli “Dakota Access” boru kəməri layihəsindən çıxa biləcəyini bildirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, heyət hələlik yekun qərarını verməyib. Lakin İdarə Heyətinin bəzi üzvləri Şimali Dakotadan İllionsa neft nəql edəcək boru kəmərinə etiraz edən insanlardan təsirlənib. Dövlət qulluğundan təqaüdə çıxan insanların əksəriyyəti bildirib ki, ərtaf mühit üçün təhlükəli olan bu biznes dəstəklənməklə onların gələcəyi təhlükəyə məruz qalıb. “CalPERS” boru kəmərini təşəbbüskarı “Energy Transfer Partners” şirkətində 1 mln. səhmə sahibdir.

Qeyd olunub ki, onlarla şəxs layihədən çıxmaq üçün yalvarıb, bəziləri dua oxuyub, bəziləri isə ağlayıb. Ötən gün səhər saatlarında “CalPERS”in baş ofisindən kənarda 150 nəfər toplanıb.

Qeyd edək ki, ötən ildən 3,8 mlrd. dollarlıq “Dakota Access” boru kəmərinin tikintisinə etiraz edirilir. Etirazçılar layihənin su ehtiyatlarına, eləcə də yerli amerikalıların müqəddəs hesab etdikləri yerlərə təhlükə törətdiyini bildirirlər. Etirazlarda hətta, ABŞ-ın müharibə veteranları iştirak edib. “Energy Transfer Partners LP” şirkəti tərəfindən həyata keçirilən 1885 km uzunluğundakı kəmərin yalnız Missuri çayında yaradılmış su anbarı olan Oahe gölünün dibindən çəkilməsi planlaşdırılan qismi istisna olmaqla böyük hissəsi tamamlanıb.

Son xəbərlər

Orphus sistemi