​BVF: Neftin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər

​BVF: Neftin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər İndiki vəziyyət davam edərsə, neft 2020-dək 58 dolları keçməyəcək
Energetika
12 İyul , 2016 20:10
​BVF: Neftin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər

Bakı. 12iyul. REPORT.AZ/ Neftin barelinin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər. 

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlama verib. 

Fonddan bildirilib ki, "qara qızıl"ın qiymətinin yüksəlməsi üçün zəruri şərt OPEC - neft ixrac edən ölkələr təşkilatı üzvlərinin hasilatı gündəlik 7 mln. barel azaltmasıdır. BVF-nin hesablamalarına görə,  belə olan halda OPEC-in dünya neft bazarında payı 42%-dən 35%-ə azala bilər. 

Fonddan həmçinin OPEC-in 2014-cü ildən etibarən fəaliyyətini araşdıraraq bildiriblər ki, bazar payının qorunması və şist neft hasilatçılarının sıxışdırılb bazardan çıxarılması strategiyasını həyata keçirən kartel, neft bazarında sabitliyə nail olmayacaq.

BVF hesabatında vurğulayıb ki, OPEC-in hazırki hasilat həcmini sabit saxlaması halında 2020-ci ilə qədər neftin qiyməti 58 dollar/bareli keçməyəcək. 

Xatırladaq ki, "Brent" markalı neftin barelinin qiyməti hazırda 47 dollara bərabərdir.

Son xəbərlər

Orphus sistemi