​Buxarestdə SOCAR-ın yeni loqosunun təqdimatı keçirilib

​Buxarestdə SOCAR-ın yeni loqosunun təqdimatı keçirilib Novruz bayramı ərəfəsində SOCAR nümayəndəliyinin əməkdaşları Buxarestdəki Türk məzarlığını ziyarət edib
Energetika
19 Mart , 2015 18:04
​Buxarestdə SOCAR-ın yeni loqosunun təqdimatı keçirilib

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Buxarestdə (Rumıniya) Novruz bayramı şənliyi və SOCAR-ın yeni loqosunun təqdimat mərasimi keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Rumıniyadakı səfirliyi, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatının təşəbbüsü və SOCAR-ın dəstəyi ilə keçirilən tədbirdə Rumıniyanın dövlət və hökümət nümayəndələri, parlament üzvləri, türkdilli ölkələrin səfirləri, iş adamları, SOCAR-ın tərəfdaşları, Azərbaycan diasporunun üzvləri, tələbələr iştirak edib. Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov və diaspor təşkilatının rəhbəri İqbal Hacıyev Novruz bayramı münasibətilə qonaqları təbrik edib.

Tədbirdə “Bakı-2015” ilk Avropa Oyunları və SOCAR-ın yeni loqosu ilə bağlı filmlər nümayiş olunub. Rumıniya Milli Olimpiya Komitəsinin prezidenti Alin Petrake qonaqları salamlayaraq Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirib.

SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov tədbir iştirakçılarına şirkətin yeni loqosunu təqdim edib. 

Tədbir Azərbaycan incəsənət ustalarının ifasında musiqi proqramı ilə davam etdirilib.

Novruz bayramı ərəfəsində SOCAR nümayəndəliyinin əməkdaşları Buxarestdəki Türk məzarlığını ziyarət edib, Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra SOCAR Rumıniya nümayəndəliyi adından Buxarest Türk məzarlığındakı abidə önünə əklil qoyulub. Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş Canaqqala döyüşünün tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Son xəbərlər

Orphus sistemi