Bakı. 7 oktyabr. REPORT.AZ/ Oktyabrın 5-6-da Buxarestdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) 14-cü illik konfransı keçirilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (
34 ölkədən 190 nümayəndənin qatıldığı tədbirdə Rumıniyanın enerji sektorunda mövcud vəziyyət, təbii qaz bazarında tendensiyalar, energetika qanunvericiliyi, enerjinin maliyyələşdirilməsi və digər mövzular ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. SOCAR-ın İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Ənvər Qasımov və Birgə Layihələr şöbəsinin rəis müavini Vüsal Abbasov konfransda iştirak ediblər.
Xatırladaq ki, Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası Mərkəzi Avropa, Avrasiya, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.

