“Bursagaz”ın SOCAR-ın idarəçiliyi ilə ilk iclası keçirilib

“Bursagaz”ın SOCAR-ın idarəçiliyi ilə ilk iclası keçirilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəçiliyinə keçdikdən sonra “Bursagaz”ın İdarə Heyətinin ilk iclası keçirilib.
Energetika
19 İyun , 2019 16:04
“Bursagaz”ın SOCAR-ın idarəçiliyi ilə ilk iclası keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəçiliyinə keçdikdən sonra “Bursagaz”ın İdarə Heyətinin ilk iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə “SOCAR Turkey” məlumat yayıb.

Bildirilib ki, iclas bu gün “SOCAR Turkey”in binasında baş tutub.

İclasa “SOCAR Turkey”in İdarə Heyətinin sədri Vaqif Əliyev, şirkətin icraçı direktoru Zaur Qəhrəmanov, Bursa bələdiyyəsinin sədri Alinur Aktaş və “SOCAR Türkiye Doğalgaz Yatırım A.Ş”nin rəhbəri Gunter Seymus qatılıb.

Qeyd edək ki, iyunun 17-də Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri bu ilin yanvar ayında imzalanıb.

“SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.

Son xəbərlər

Orphus sistemi