"Bulla-dəniz" yatağında yüksək debitlə yeni quyu istismara daxil edilib

"Bulla-dəniz" yatağında yüksək debitlə yeni quyu istismara daxil edilib Quyu sutkada 1,25 mln. kubmetr qaz hasilatı ilə istismara verilib
Energetika
16 İyun , 2015 16:12
Bulla-dəniz yatağında yüksək debitlə yeni quyu istismara daxil edilib

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti tərəfindən “Bulla-dəniz” yatağındakı 122 nömrəli platformada qazılmış 124 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qirməkiüstü Qumlu Lay Dəstəsinin 5 900-5 862,75 metr intervalına hazır süzgəc endirilib. Mənimsəmə-sınaq işləri nəticəsində, quyu sutkada 1,25 mln. kubmetr qaz, 250 ton kondensat hasilatı ilə istismara qəbul edilib.

Xatırladaq ki, SOCAR Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz ərazilərindəki 20-yə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun axtarış-kəşfiyyat və istismar qazma işlərini davam etdirir. 

Son xəbərlər

Orphus sistemi