"Bulla-dəniz" yatağında yeni quyuda qazma işlərinə başlanılıb

"Bulla-dəniz" yatağında yeni quyuda qazma işlərinə başlanılıb Bakı. 18 yanvar. REPORT.AZ/ “SOCAR-AQŞ” birgə müəssisəsi “Bulla-dəniz” yatağında 6 saylı stasionar dəniz özülündən layihə dərinliyi 6 200 metr olan 113 saylı quyuda qazma işlərinə başlayıb.
Energetika
18 Yanvar , 2018 15:55
Bulla-dəniz yatağında yeni quyuda qazma işlərinə başlanılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “SOCAR-AQŞ” birgə müəssisəsi “Bulla-dəniz” yatağında 6 saylı stasionar dəniz özülündən layihə dərinliyi 6 200 metr olan 113 saylı quyuda qazma işlərinə başlayıb.

“Report” “SOCAR-AQŞ”-yə istinadən xəbər verir ki, quyunun məhsuldar qatın VIII horizontuna qazılması planlaşdırılır.

Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi