“Bulla-dəniz” yatağında yeni quyu qazılır

“Bulla-dəniz” yatağında yeni quyu qazılır Quyudan sutkada 800 000 kubmetr qaz və 150 ton kondensat hasil ediləcək
Energetika
25 Yanvar , 2017 16:21
“Bulla-dəniz” yatağında yeni quyu qazılır

Bakı.25 yanvar. REPORT.AZ/“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 800 000 kubmetr qaz və 150 ton kondensat hasil ediləcək. 

Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi