"Bulgargaz": Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropanın gələcəkdə Avropanın enerji sisteminə inteqrasiyası baxımından əhəmiyyətlidir

"Bulgargaz": Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropanın gələcəkdə Avropanın enerji sisteminə inteqrasiyası baxımından əhəmiyyətlidir Bakı. 13 iyun. REPORT.AZ/ Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsi baxımından vacib layihədir.
Energetika
13 İyun , 2018 13:02
Bulgargaz: Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropanın gələcəkdə Avropanın enerji sisteminə inteqrasiyası baxımından əhəmiyyətlidir
Bolqarıstanın "Bulgargaz" şirkətinin İdarə Heyətinin sədri Botyo Velinov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsi baxımından vacib layihədir".

"Report" xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" mövzusunda Bakıda keçirilən konfransda Bolqarıstanın "Bulgargaz" şirkətinin İdarə Heyətinin sədri Botyo Velinov bildirib.

Onun sözlərinə görə, bu layihə xüsusilə də Cənub-Şərqi Avropanın gələcəkdə Avropanın enerji sisteminə inteqrasiyası baxımından əhəmiyyətlidir. 

"Bundan əlavə, Cənub Qaz Dəhlizi həmçinin regionda və bütün Avropada havanın çirklənməsinin və havaya buraxılan karbon qazlarının azaldılmasına təsir göstərə bilər",- o deyib.

Şirkət rəhbərinin sözlərinə görə, Avropa İttifaqının (Aİ) layihəyə göstərdiyi dəstək Cənub Qaz Dəhlizinin region və Avropa üçün nə qədər vacib olduğunun bariz nümunəsidir. Bununla yanaşı, planlaşdırılan və tikinti mərhələsində olan interkonnektorlar bölgədəki qaz şəbəkələri ilə əlaqə yaratmaqda xüsusi rol oynayır və Cənub-Şərqi Avropa ölkələrini təhlükəsiz, rəqabətqabiliyyətli və əlverişli əmtəə ilə təmin edir.

"Qaz dəhlizinin marşrutu boyunca layihələrin maliyyələşdirilməsi də Avropa və dünya miqyasında kredit təşkilatlarının layihənin səhmdarlarına və onların planlarına olan güvəninin göstəricisidir", - o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi