Bu günə qədər AÇG-dən 522 mln ton xam neft çıxarılıb

Bu günə qədər AÇG-dən 522 mln ton xam neft çıxarılıb “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən dekabrın 1-dək ümumilikdə 552 mln ton neft (kondensatla birlikdə) hasil edilib
Energetika
220
21 Dekabr , 2020 15:03
Bu günə qədər AÇG-dən 522 mln ton xam neft çıxarılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən dekabrın 1-dək ümumilikdə 552 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, AÇG-dən 522 mln ton xam neft, “Şahdəniz”dən isə 30 mln ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin dekabrın 1-dək 551,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Son xəbərlər

Orphus sistemi