Yuxarı

Büdcədən maliyyələşən qurumlar doqquz ayda 21 mln. manatlıq təbii qaz istifadə edib

​Büdcədən maliyyələşən qurumlar doqquz ayda 21 mln. manatlıq təbii qaz

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 670,6 mln. kVt.saat elektrik enerjisindən, 104,6 mln. kubmetr təbii qazdan, 18,1 mln. kubmetr sudan istifadə edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sudan 5,8%, təbii qazdan 4,3%, elektrik enerjisindən isə 4,2% çox istifadə edilib.

Hesabat dövründə istifadə edilən təbii qazın dəyəri 20,9 mln. manat, elektrik enerjisinin dəyəri 150,3 mln. manat, suyun dəyəri isə 17,7 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi