Büdcədən maliyyələşən qurumlar bu il 87,4 mln. kubmetr təbii qaz istifadə edib

Büdcədən maliyyələşən qurumlar bu il 87,4 mln. kubmetr təbii qaz istifadə edib Bu qurumlar 8,7 mln. manatlıq təbii qaz istifadə edib
Energetika
13 Avqust , 2016 17:47
Büdcədən maliyyələşən qurumlar bu il 87,4 mln. kubmetr təbii qaz istifadə edib

Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 930,4 mln. kVt.saat elektrik və 115,5 min Q.kalori istilik enerjisindən, 87,4 mln.kubmetr təbii qazdan istifadə edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 17,7%, istilik enerjisindən 11%, təbii qazdan 7,4 % çox istifadə olunub.

Hesabat dövründə bu qurumlar 55,8 mln. manat elektrik enerjisi, 3,1 mln. manat istilik enerjisi, 8,7 mln. manatlıq isə təbii qaz istifadə edib.

Bu ilin yanvar-iyun aylarında ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,7 milyard kVt.saat elektrik enerjisi istehlak edilib.

Son xəbərlər

Orphus sistemi