Büdcə təşkilatları 3 ay ərzində 11 mln. manatlıq qaz istifadə edib

Büdcə təşkilatları 3 ay ərzində 11 mln. manatlıq qaz istifadə edib İstifadə həcmi 54,8 mln.kubmetr təşkil edib
Energetika
17 May , 2017 13:32
Büdcə təşkilatları 3 ay ərzində 11 mln. manatlıq qaz istifadə edib

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 340,2 mln. kVt./saat elektrik və 83,6 min Q.kalori istilik enerjisi, 54,8 mln.kubmetr təbii qaz istifadə edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə,ötən ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisindən 37,3%, təbii qazdan 3,4% çox istifadə edilib, elektrik enerjisindən istifadə isə 3% azalıb.

Hesabat dövründə büdcə təşkilatları 30,6 mln. manatlıq elektrik enerjisi, 2,3 mln. manatlıq istilik enerjisi, 11 mln. manatlıq təbii qaz istifadə edib.

Son xəbərlər

Orphus sistemi