I rübdə “Şahdəniz” yatağının əsaslı xərcləri 36% azalıb

I rübdə “Şahdəniz” yatağının əsaslı xərcləri 36% azalıb
Energetika
13 May , 2019 17:08
I rübdə “Şahdəniz” yatağının əsaslı xərcləri 36% azalıb

Bu ilin birinci rübündə “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 191 mln. ABŞ dollarından çox əməliyyat xərcləri çəkilib.

Bu barədə “Report” yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı rüblük hesabatına əsasən xəbər verir.

Məlumata görə, bu, 2018-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 68 mln. dollar və ya 55,3% çoxdur.

Ötən rüb ərzində yataq üzrə 267 mln. dollardan çox əsaslı xərclər çəkilib ki, bu da daha əvvəlki ilin ilk rübü ilə müqayisədə 14mln. dollar və ya 35,7% azdır. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.