​Bu ilin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda iclası keçiriləcək

​Bu ilin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda iclası keçiriləcək Natiq Əliyevin sözlərinə görə, Məşvərət Şurasının keçirilməsi ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilib
Energetika
14 İyul , 2015 17:20
​Bu ilin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda iclası keçiriləcək

Bakı. 14 iyul. REPORT.AZ/ “Prezident hesab edir ki, Cənub Qaz Dəhlizi (SGC) bütün münasibətlərdə çətin layihədir. Onun reallaşdırılması texniki, maliyyə və ətraf mühitin mühafizəsi problemləri ilə bağlı deyil". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, SGC üzrə Məşvərət Şurasının keçirilməsi ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilib: "Bu layihədə bir sıra məsələlər var ki, burada hökumətlərin və operativ müdaxiləyə, müəyyən məsələlərin qəbuluna ehtiyac var. Bütün bunları nəzərə alıb Cənub Qaz Dəhlizi layihəsində iştirak edən energetika nazirlərinin iştirakı ilə Məşvərət Şurasının keçirilməsi ideyası irəli sürülüb".

Nazir deyib ki, ilk iclasa SGC layihəsinin tikintisinə daxil olan və onun inşasında iştirak edən bütün şirkətlərin nümayəndələri qatılmışdılar. İlk iclas da olduqca nəticəli və pozitiv alınıb: "Bu layihənin reallaşdırılmasında atılacaq addımlar müəyyən edilib. Özümüz üçün layihədə olan gecikmələri müəyyən etdik. Əsası isə odur ki, biz bu il üçün Cənub Qaz Dəhlizinin inşası ilə bağlı plan və məsələləri müəyyən etdik. Yəni Trans-Adriatik (TAP), Trans-Anadolu kəmərlərinin (TANAP) çatışmayan yerlərini, problemləri, maneələri müəyyən etdik”.

N.Əliyev ilk iclasda bu layihə ilə bağlı qətnamə qəbul edildiyini və bu qətnaməyə görə, iclasda iştirak edən bütün tərəfdaş nazirləri tikintinin layihəsinə nəzarət etməyə vadar etdiyini açıqlayıb. Onun sözlərinə görə, bura layihənin gedişatında yaranan gecikmələr barədə tərəfləri məlumatlandırmaq və buna hər hansı yolla təsir göstərmək üçün dərhal toplanmaq da daxildir: "Hesab edirik ki, bu təcrübə olduqca pozitivdir və belə iclasları mütəmadi olaraq keçirəcəyik. İkinci iclasda bu ilin yekunları, görülən işlər müzakirə olunacaq".

Nazir SGC-nin reallaşdırılması istiqamətində işlərin gedişatını müzakirə etmək məqsədilə Azərbaycan tərəfindən layihə üzrə Məşvərət Şurasının ikinci iclasının Bakıda bu ilin sonunda baş tutacağını, amma dəqiq vaxtın hələ müəyyən edilmədiyini deyib: “Məşvərət Şurasının iştirakçıları isə demək olar ki, eyni olacaq. Yenə də layihənin iştirakçı ölkələrinin energetika nazirləri və onun inşasında iştirak edən şirkətlərin rəhbərləri olacaq. Təbii ki, Avropa Komissiyasının rəsmiləri də bu Məşvərət Şurasında iştiraka dəvət olunacaq”.

Son xəbərlər

Orphus sistemi