Yuxarı
    Bağlamaq

    Bu ilin sonuna Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisinə başlanması gözlənilir

    Dinlə
    Bunu Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev bildirib
    © Report/ Elchin Murad — Bolqarıstanın energetika nazirinin müavini Rosen Smitçiyev

    Bakı.13 iyun. REPORT.AZ/ Azərbaycan qazının Bolqarıstana çatdırılmasını nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) tikintisinə bu ilin sonunda başlanması gözlənilir.

    "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" konfransında Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev bildirib.

    Onun sözlərinə görə, hazırda layihə şirkəti - ICGB IGB üçün boruların nəqli və kəmərin inşası ilə bağlı  elan edilən tenderi yekunlaşdırmaq üçün çalışır. O qeyd edib ki, tenderin ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur: "Tikinti işlərinə 2018-ci ilin sonunda başlanılması, 2020-ci ildə interkonnektorun birinci hissəsinin inşasının yekunlaşması gözlənilir".

    O, layihənin maliyyələşdirilməsindən də danışaraq qeyd edib ki, maliyyələşmə məsələsi həll olunub. Energetika nazirinin müşaviri bildirib ki, IGB-nin ümumi investisiya dəyəri 220 mln. avrodur: "İnvestisiya xərclərinin 1/3 hissəsini Avrpa İttifaqından ayrılan qrant təşkil edir. Belə ki, 45 mln. avro Avropa İttifaqı tərəfindən iqtsadiyyatın bərpası üçün Avropa Enerji proqramı çərçivəsində, 39 mln. avro İttifaqın Bolqarıstan üçün Avropa Struktur fondları tərəfindən qrant ayrılıb. Bundan başqa, Bolqarıstan hökuməti Avropa İnvestiya Bankından IGB üçün 110 mln. avro kreditin cəlb edilməsinə 2018-ci ilin büdcəsindən dövlət zəmanəti verib. Bu da əlverişli şərtlərlə kredit ayrılmasına imkan yaradacaq".

    Onun sözlərinə görə, kredit müqaviləsinin ilin sonuna qədər imzalanması nəzərdə tutulur.

    IGB vasitəsilə 2020-ci ildə layihə çərçivəsində “Şahdəniz” yatağından hasil olunan qazın illik 1 milyard kubmetri Bolqarıstana çatdırılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi