Bu ilin sonuna "STAR" zavodunda işlərin 97,5%-i tamamlanacaq

Bu ilin sonuna "STAR" zavodunda işlərin 97,5%-i tamamlanacaq SOCAR Əliağada ilk özəl sənaye bölgəsi statusunu almağı hədəfləyir
Energetika
7 Noyabr , 2017 14:48
Bu ilin sonuna STAR zavodunda işlərin 97,5%-i tamamlanacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu ilin sonuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "STAR" Neft Emalı Zavodunda işlərin 97,5%-i icra olunacaq.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə “STAR Rafineri A.Ş”-nin baş direktoru Mesut İlter bildirib.

Onun sözlərinə görə, oktyabr ayının sonuna zavodda işlərin 96,4%-i tamamlanıb.

"Zavod gələn ilin sentyabr ayında istismara veriləcək. İldə 10 mln. ton xam neft emal gücünə malik zavodda idxaldan asılı olan məhsullar istehsal olunacaq. Zavod Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Türkiyənin yanacaq bazarında ildə orta hesabla 4% artım müşahidə olunur. Dizel yanacağında isə bu artım 7% səviyyəsindədir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehal olunacaq”, - deyə M.İlter əlavə edib.

Onun sözlərinə görə, dizel yanacağı, təyyarə yanacağı və LPG daxili bazar üçün nəzərdə tutulur.

M.İlter qeyd edib ki, zavodun inşasında 3 min nəfər mühəndis olmaqla 14 ölkədən, ümumilikdə, 19 500 nəfər çalışır: "Zavod istismara verildikdən sonra isə 1 000 nəfər daimi işlə təmin olunacaq".

O, "STAR" zavodundan başqa SOCAR-ın Əliağa yarımadasında "Petkim" Neft-Kimya Kompleksi, "Petlim" limanı, yanacaq saxlama və doldurma terminalı kimi investisiyalarının olduğunu və bu çərçivədə Əliağa yarımadasında ilk özəl sənaye bölgəsi statusunu almağı hədəflədiklərini qeyd edib. Onun sözlərinə görə, bu statusla bir çox ortaq infrastruktur sistemi qurula bilər.

Son xəbərlər

Orphus sistemi