Bu ilin ilk rübündə Azərbaycanda 1,1 mln. ton neft məhsulları satılıb

Bu ilin ilk rübündə Azərbaycanda 1,1 mln. ton neft məhsulları satılıb Neft Emalı Zavodunda neftin faktiki emal dərinliyi 7% artıb
Energetika
20 Aprel , 2017 11:46
Bu ilin ilk rübündə Azərbaycanda 1,1 mln. ton neft məhsulları satılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tapşırığına əsasən, “Azərenerji” ASC-ni soba mazutu məhsulu ilə təmin etmək üçün Heydər Əliyev adına Neft Emalı Zavodunda “mazut rejimi” tətbiq edilib.

“Report”un “İki Sahil” qəzetinə istinadən verdiyi xəbərə görə, bunun nəticəsində ilin əvvəlindən neftin faktiki emal dərinliyi 84,3% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə emal dərinliyi 6,7% artıb.

Qeyd olunub ki, hesabat dövründə NEZ-də 1 486,3 min ton neft və 19,8 min ton kənardan daxil olan xammal, cəmi 1 506,1 min ton xammal emal edilib.

İlin əvvəlindən 306,5 min ton avtomobil benzini, 597,8 min ton reaktiv mühərrik və dizel yanacaqları, 57,2 min ton maye qaz, 41,5 min ton neft koksu, 17,3 min ton neft bitumu, 11,9 min ton DT markalı mühərrik yanacağı, 3,7 min ton müxtəlif növ sürtkü yağları, kimya sənayesi üçün 47 min ton hidrotəmizlənmiş benzin və 16,2 min ton təmizlənmiş quru qaz, “Azərenerji”yə və başqa təşkilatlara 181,8 min ton soba mazutu və sair neft məhsulları istehsal edilib. Ümumi olaraq həmin dövrdə zavodda 442,7 mln. manat dəyərində əmtəəlik neft məhsulları istehsal edilib.

Cari ilin əvvəlindən ümumi neft məhsullarının satışı 1 384,8 min ton təşkil edib ki, bunun 1 093,9 min tonu ölkə daxilində realizə olunub, 290,9 min tonu isə ixrac edilib. Belə ki, ümumi satışda ixracın payı 21% təşkil edib. Zavodda istehsal olunan mühərrik yanacağının 24,1%-i xarici bazarda satılıb.

Son xəbərlər

Orphus sistemi