Bu ilin ilk rübündə AÇG blokundan 8 mln. ton neft hasil olunub

Bu ilin ilk rübündə AÇG blokundan 8 mln. ton neft hasil olunub AÇG-də ümumilikdə 95 neft hasilat quyusu və 41 qaz və su injektor quyusu istismarda olub
Energetika
24 May , 2016 12:21
Bu ilin ilk rübündə AÇG blokundan 8 mln. ton neft hasil olunub

Bakı. 24 may. REPORT.AZ/ Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. "Report" xəbər verir ki, bu barədə layihənin operatoru “BP Exploration (Caspian Sea) Ltd.” şirkətinin hesabatında qeyd olunub.

Rüb ərzində AÇG-dən - "Çıraq" (46 min barel), "Mərkəzi Azəri" (155 min barel), "Qərbi Azəri" (116 min barel), "Şərqi Azəri" (69 min barel), "Dərinsulu Günəşli" (139 min barel) və "Qərbi Çıraq" (126 min barel) platformalarından birlikdə hasilat orta hesabla 651 min barel/gün və ya ümumilikdə 59 mln. bareldən artıq, yəni 8 mln. ton təşkil edib. Ötən ilin ilk rübü ilə müqayisədə hasilat eyni səviyyədə qalıb.

Qeyd edilib ki, rübün sonunda AÇG-də ümumilikdə 95 neft hasilat quyusu və 41 qaz və su injektor quyusu istismarda olub.

Xatırladaq ki, AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) iştirak payına malikdir.

Son xəbərlər

Orphus sistemi