Azərbaycan bu il elektrik enerjisi istehsalını artırıb

Azərbaycan bu il elektrik enerjisi istehsalını artırıb Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə Azərbaycanda 15,3 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib
Energetika
4 Sentyabr , 2015 13:02
Azərbaycan bu il elektrik enerjisi istehsalını artırıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən ilin avqust ayı ilə müqayisədə istehsal sabit qalıb.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirildiyi deyilir.

Məlumata görə, cari ilin ötən ilk 8 ayı ərzində isə Azərbaycanda 15,3 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 mlrd. kVt/saat və ya 1,33% çoxdur.

Son xəbərlər

Orphus sistemi