​Bu ilin 10 ayında 271 yaşayış məntəqəsi qazlaşdırılıb

​Bu ilin 10 ayında 271 yaşayış məntəqəsi qazlaşdırılıb Hesabat dövründə 10 534 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb
Energetika
13 Noyabr , 2015 15:57
​Bu ilin 10 ayında 271 yaşayış məntəqəsi qazlaşdırılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-oktyabr ayları ərzində 10 534 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 473 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust ayları ərzində respublikanın 271 yaşayış məntəqəsi qazlaşdırılıb.

Qeyd edək ki, bu tədbirlər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi