Bu il Ukraynadan neftin tranzit nəqli 5%-dən çox azalıb

Bu il Ukraynadan neftin tranzit nəqli 5%-dən çox azalıb Bakı. 7 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında “Ukrtransnafta” şirkətinin neft kəmərləri vasitəsilə Avropa ölkələrinə neftin tranziti 2017-ci ilin analoji dövrü ilə müqayisədə 628 min ton və ya 5,4% azalaraq 11,11 mln. ton təşkil edib.
Energetika
7 Noyabr , 2018 17:24
Bu il Ukraynadan neftin tranzit nəqli 5%-dən çox azalıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında “Ukrtransnafta” şirkətinin neft kəmərləri vasitəsilə Avropa ölkələrinə neftin tranziti 2017-ci ilin analoji dövrü ilə müqayisədə 628 min ton və ya 5,4% azalaraq 11,11 mln. ton təşkil edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Ukrtransnafta” şirkətinin statistik məlumatlarında deyilir.

Bu müddət ərzində neft emalı zavodlarına neft kəmərləri ilə neftin ötürülməsi 56 min ton və ya 3,3% artaraq 1,74 mln. ton olub.

2018-ci ilin oktyabr ayında isə neft tranziti 1,23 mln. ton olub ki, bu da 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 21% azdır. Ötən ay ərzində neft emalı zavodlarına neftin ötürülməsi də 1% azalaraq 192 min ton təşkil edib. 

Son xəbərlər

Orphus sistemi