Bu il TANAP-la 2 mlrd kubmetr qaz nəql olunub

Bu il TANAP-la 2 mlrd kubmetr qaz nəql olunub Bu il TANAP-la 2 mlrd kubmetr qaz nəql olunub
Energetika
9 İyul , 2020 09:46
Bu il TANAP-la 2 mlrd kubmetr qaz nəql olunub

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyədə 5,2 mlrd kubmetr qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 24,5% çoxdur.

TANAP ilə Türkiyəyə bu müddətdə 1,9 mlrd kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin iyul ayının 1-dək TANAP-la Türkiyəyə 5,8 mlrd kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi