Bu il SOCAR Ukraynaya LPG idxalını artırıb

Bu il SOCAR Ukraynaya LPG idxalını artırıb Bu ilin üç rübü ərzində Ukraynaya ümumilikdə 1 mln 167 min ton LPG idxal edilib.
Energetika
504
19 Oktyabr , 2020 11:27
Bu il SOCAR Ukraynaya LPG idxalını artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 43,9 min ton mayeləşdirilmiş neft qazı (LPG) idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,6 min ton və ya 3,8% çoxdur.

Bununla da SOCAR Ukraynaya LPG idxal edən şirkətlərin arasında səkkizinci olub.

Bu ilin üç rübü ərzində Ukraynaya ümumilikdə 1 mln 167 min ton LPG idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 5% çoxdur.

Ölkəyə LPG idxal edən şirkətlər arasında isə ilk yeri Rusiyanın “Lukoil” şirkətinin törəmə “Qran pri Oil” şirkəti tutub. Bu ilin 9 ayında bu ölkənin ən iri treyderinin Ukraynaya LPG idxalı 34% artıraraq 152,7 min ton təşkil edib.

İkinci yerdə LPG idxalının həcmlərinə görə “Nadejda” şirkəti yer alıb. Bu şirkət bu ilin 9 ayında Ukraynaya 116,6 min ton mayeləşdirilmiş təbii qaz idxal edib ki, bu da illik müqayisədə 6,16% çoxdur.

Ukraynaya LPG idxalında liderlərin üçlüyünü “BRSM-Nafta” şirkəti qapadır. Bu ilin 9 ayında bu şirkət 100,6 min ton LPG idxal edib ki, bu da 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,95% çoxdur.

Son xəbərlər

Orphus sistemi