İki ayda SOCAR Gürcüstana 493 mln. kubmetr təbii qaz ixrac edib

İki ayda SOCAR Gürcüstana 493 mln. kubmetr təbii qaz ixrac edib Bu ilin yanvar-fevral aylarında SOCAR Georgia Gas vasitəsilə Gürcüstana 493 mln. kubmetr təbii qaz idxal edilib.
Energetika
30 Aprel , 2019 10:27
İki ayda SOCAR Gürcüstana 493 mln. kubmetr təbii qaz  ixrac edib

Bu ilin yanvar-fevral aylarında "SOCAR Georgia Gas" vasitəsilə Gürcüstana 493 mln. kubmetr təbii qaz idxal edilib.

Bu barədə “Report”a SOCAR-ın Gürcüstandakı törəməsi - “SOCAR Energy Georgia” şirkətindən məlumat verilib.

Məlumata görə, ötən ildə “SOCAR Energy Georgia” şirkəti 650 mindən çox qaz abunəçisi və yanacaqdoldurma məntəqələri vasitəsi ilə on minlərlə müştəriyə yüksək səviyyəli xidmət göstərib.

Qeyd edək ki, SOCAR “SOCAR Georgia Gas” şirkəti vasitəsilə Gürcüstanın qazpaylayıcı şəbəkələrini idarə edir. “SOCAR Georgia Gas” şirkəti 2007-ci ildə yaradılıb. SOCAR Azərbaycanda birbaşa öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmlərini əsasən ölkənin daxili tələbatına yönləndirir. Gürcüstan bazarına ixrac edilən təbii qaz isə əsasən üçüncü tərəflərdən əldə edilir. SOCAR bu qazı Qazıməmməd-Qazax kəməri ilə nəql edir.

Son xəbərlər

Orphus sistemi