Bu il SOCAR Gürcüstanda 160 mln. litrdən çox neft məhsulları satmağı planlaşdırır

Bu il SOCAR Gürcüstanda 160 mln. litrdən çox neft məhsulları satmağı planlaşdırır 2019-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) 160 mln. litrdən çox neft məhsulları satışını planlaşdırır.
Energetika
30 Aprel , 2019 10:03
Bu il SOCAR Gürcüstanda 160 mln. litrdən çox neft məhsulları satmağı planlaşdırır

2019-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) 160 mln. litrdən çox neft məhsulları satışını planlaşdırır.

Bu barədə “Report”a SOCAR-ın Gürcüstandakı törəməsi - “SOCAR Energy Georgia” şirkətindən məlumat verilib.

Məlumata görə, hazırda Gürcüstanda SOCAR brendi altında 113 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: “Şirkətin pərakəndə bazar payı təxminən 16%-dir. Şirkət 2018-ci ildə YDM-lər vasitəsilə 147 mln. litrdən çox məhsul realizə edib.

SOCAR Gürcüstanda elektrik avtomobillərin yüklənməsini (charging) mümkün edən ilk brenddir. Hazırda ölkə ərazisinin 6 bölgəsində belə yüklənmə məntəqələri mövcuddur". 

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Energy Georgia” şirkəti vasitəsilə həyata keçirilir. “SOCAR Energy Georgia" 2006-cı ildə yaradılıb. Gürcüstan bazarında Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını şirkətin törəməsi “SOCAR Georgia Petroleum” həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi