Bu ilin üç rübü ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla 198 mln bareldən çox neft və kondensat ixrac edilib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabata əsasən xəbər verir.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13 mln barel və ya 6,2% azdır.
Bu həcmlərin 178 mln bareldən çox hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 20 mln bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.
BTC ilə ötürülən neftin həcmi ötən ilin üç rübü ilə müqayisədə 11 mln barel və ya 5,8% azdır. Bakı-Supsa kəməri vasitəsilə nəql edilən neftin həcmi isə 1 mln barel və ya 4,7% azdır.
Bu ilin üç rübü ərzində terminaldan həmçinin gündəlik orta hesabla 44 mln standart kubmetr (təqribən 1,548 mlrd standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.
Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln barel neft və “Şahdəniz” qazı üçün, təqribən, 80 mln standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik, təqribən, 100 mln standart kubmetrdir.
Qaz terminaldan, əsasən,