Yuxarı
    Bağlamaq

    ​Bu il "Şahdəniz" və "AÇG" yataqlarından 6,7 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub

    Əmtəəlik qaz hasilatının 72%-i bu yataqların payına düşüb

    Bakı. 28 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda əmtəəlik qaz hasilatının 71,6%-i "BP-Azerbaijan" şirkətinin operatoru olduğu yataqlardan hasil olunub. "Report" "Natural Gas Europe" saytına istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən rəsmi şəxs bildirib: "Bu müddətdə şirkət 6,71 mlrd. kubmetr əmtəəlik qaz hasil edib ki, bu da ötən ilin müvafiq dövründən 590 mln. kubmetr azalma deməkdir".

    Qeyd edək ki, ilin I yarısında Azərbaycanda ümumilikdə 9,363 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 8,8% azdır.

    BP Azərbaycanda "Şahdəniz" qaz-kondensat yatağının və "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun operatorudur.

    Mənbə qeyd edib ki, BP "AÇG"-də neft hasilatını saxlamaq üçün laylara daha çox qaz vurub. Onun sözlərinə görə, bu müddətdə Azərbaycana 1,31 mlrd. kubmetr "AÇG" blokundan əmtəəlik səmt qazı çatdırılıb. Bu isə 37,6% azalma deməkdir, blokdan hasil olunan qazın qalan hissəsi isə quyulara vurulub.

    "Şahdəniz" yatağına gəlincə isə mənbə qeyd edib ki, bu yataqdan hasil olunan qazın həcmi 5,4 mlrd. kubmetr təşkil edib: "Bu isə illik müqayisədə 3,8% çoxdur. Bu dövrdə yataqdan gündəlik hasilatda yeni rekord - 30 mln. kubmetrdən çox hasilat qeydə alınıb. Hazırkı hasilat illik hədəflərə uyğundur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi