Bu il "Şahdəniz"dən hasil ediləcək qaz və kondensatın həcmləri açıqlanıb

Bu il "Şahdəniz"dən hasil ediləcək qaz və kondensatın həcmləri açıqlanıb Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 2021-ci ildə 21,3 mlrd. kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır
Energetika
5 Yanvar , 2021 16:25
Bu il Şahdənizdən hasil ediləcək qaz və kondensatın həcmləri açıqlanıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 2021-ci ildə 21,3 mlrd kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə yataqdan 18,4 mlrd kubmetr qazın hasil olunduğu proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 15,8 % azdır.

2019-cu ildə isə bu göstərici 16,8 mlrd kubmetr təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 26,8 % çoxdur.

Bununla yanaşı, 2021-ci ildə “Şahdəniz” yatağında 32,5 mln barel kondensatın hasil olunacağı proqnozlaşdırır. Bu, ötən ilin proqnoz göstəricisindən 11,3 % çoxdur. 2019-cu ilin göstəricisindən isə 13,6 % çoxdur.

Xatırladaq ki, “Şahdəniz” yatağından hasil ediləcək kondensatın proqnoz göstəriciləri 2020-ci ildə 29,2 mln barel, 2019-cu ildə isə 28,6 mln barel səviyyəsində olub.

2020-ci ilin 9 ayı ərzində “Şahdəniz” yatağından hasil edilən təbii qazının satışından 71 milyon ABŞ dolları, kondensatın satışından isə 189 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi