Bu il qaz anbarlarına 2,35 mlrd. kubmetr qaz vurulması planlaşdırılır

Bu il qaz anbarlarına 2,35 mlrd. kubmetr qaz vurulması planlaşdırılır Bu həcmin 1,8 mlrd. kubmetri “Azneft” İB, 544 mln. kubmetri isə digər mənbələrdən alınacaq
Energetika
17 Aprel , 2017 16:40
Bu il qaz anbarlarına 2,35 mlrd. kubmetr qaz vurulması planlaşdırılır

Bakı. 17 aprel. REPORT.AZ/ 2017-ci ilin qaz vurma mövsümü ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2,350 mlrd. kubmetr qazın vurulması planlaşdırılır.

Qurumdan “Report”a verilən məlumata görə, bu həcmdən 1,806 mlrd. kubmetrin “Azneft” İB-nin, 544 mln. kubmetrin isə digər mənbələrdən alınması hesabına olacaq.

Hazırda qaz anbarları kimi istifadə olunan “Qaradağ” və “Qalmaz” yataqlarının ümumi aktiv qaz həcmi tutumu 3,5 mlrd. kubmetrə qədərdir. Anbarların cari dövrə qalıq aktiv qaz həcmi orta hesabla 800 mln. kubmetrdir.

Qeyd edək ki, 2016-cı ilin qazvurma mövsümü ərzində (aprel-noyabr) yeraltı qaz anbarlarına ümumilikdə 1,987 mlrd. kubmetr qaz vurulub.

Son xəbərlər

Orphus sistemi