Bu il neft sahəsinə sərmayə yatırımı 10 faizə yaxın artacaq

Bu il neft sahəsinə sərmayə yatırımı 10 faizə yaxın artacaq Novak: "Düşünürəm ki, biz 2017- il ilə müqayisədə 10 faizə yaxın investisiya artımı görəcəyik"
Energetika
1133
25 Yanvar , 2018 05:28
Bu il neft sahəsinə sərmayə yatırımı 10 faizə yaxın artacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyi bu il 2017-ci il ilə müqayisədə neft sahəsinə yatırılacaq sərmayə artımını təqribən 10 faiz proqnozlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu "Rossiya 24"ə müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində deyib.

"Düşünürəm ki, biz 2017- il ilə müqayisədə 10 faizə yaxın investisiya artımı görəcəyik", - deyə o söyləyib.